03.10.2019 Brent nefti 54$-a doğru

03.10.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

03.10.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



ABŞ-ın əmək bazarı göstəriciləri diqqət mərkəzində. 

Beynəlxalq valyuta birjalarında cümə günü yaxınlaşdıqca, investorların ehtiyatlı ticarəti müşahidə edilir. Buna səbəb isə Amerikadan dərc ediləcək əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlardır. 


Avro və Funta artan maraq qısa müddətli ola bilər. 

Bu, EUR/USD və GBP/USD məzənnələrində 1%-ə kimi bahalaşmalara təsir edib. Lakin bahalaşma müvəqqəti qiymətləndirilir və avronun 1.09 və funtun 1.22$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da Amerikanın xidmət sektoru ilə bağlı yayımlanacaq göstəricilər də böyük maraqla gözlənilməkdədir. 


Brent nefti ucuzlaşmaqda davam edir və 54$ da görülə bilər. 

Qlobal iqtisadi inkişafa dair gözləntilərin böyük maliyya təşkilatlar tərəfindən azaldılması və açıqlanan mənfi fundamental göstəricilər enerji birjalarında neftə olan tələbi də azaldır. 

Avropanın Brent nefti artıq 58$-a ticarət edilir və 54$-a kimi də dəyər itirə biləcəyi ehtimal edilir.