Brent nefti 60$-a kimi bahalaşdı

28 Noyabr 2018

Beynəlxalq birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin 0.4% və Brent neftinin 60$-a kimi bahalaşması investorların diqqət mərkəzində.

Brent nefti 60$-a kimi bahalaşdı

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri Amerika fond bazarlarında indekslərin bahalaşması ilə dəyər qazanmaqda davam edir və tendensiyanın davam edə biləcəyi proqnozlaşdırılır.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq ABŞ-ın iqtisadi inkişaf göstəricisi də investorların diqqət mərkəzindədir.


Enerji bazarlarında da Avropanın Brent markalı neftinin bir barel qiyməti 58$-a kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb. Təhlillərə əsasən, qiymət 61$-ın üzərində möhkəmlənərsə, təklif olunan qiymət 64$-a kimi dəyər qazana bilər.