Brent nefti 61$-a kimi bahalaşdı

05 Sentyabr 2019

Müsbət Breksit xəbərləri, Avrozona üzrə göstəricilər və Brent neftində bahalaşma investorların diqqət mərkəzindədir.

Brent nefti 61$-a kimi bahalaşdı

Beynəlxalq maliyyə bazarlarında Breksitə dair yayılan müsbət xəbərlər və Avrozona ilə bağlı fundamental göstəricilər avro və funtun dollara nisbətən qiymətlərinin bahalaşmalarına səbəb olub. Təhlillə əsasən, EUR/USD və GBP/USD məzənnələri 1%-ə kimi də bahalaşa bilərlər. 

Bununla yanaşı. bu gün Bakı vaxtı ilə saat 18:00-da isə Amerikanın xidmət sektoru ilə bağlı önəmli fundamental göstəricilər açıqlanacaqdır. 

Beynəlxalq enerjir birjalarında Avropanın Brent neftinin qiymətində 61$-a kimi müşahidə edilən bahalaşma, Amerikadan saat 19:00-da dərc ediləcək neft ehtiyatı ilə bağlı önəmli göstəricilər fonunda 63$-a kimi daha da güclənə bilər.