05.09.2019 Brent nefti 61$-a kimi bahalaşdı

05.09.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

05.09.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Müsbət Breksit xəbərləri və Avrozona üzrə göstəricilər. 

Beynəlxalq maliyyə bazarlarında Breksitə dair yayılan müsbət xəbərlər və Avrozona ilə bağlı fundamental göstəricilər avro və funtun dollara nisbətən qiymətlərinin bahalaşmalarına səbəb olub. 

Təhlillə əsasən, EUR/USD və GBP/USD məzənnələri 1%-ə kimi də bahalaşa bilərlər. 

Bununla yanaşı. bu gün Bakı vaxtı ilə saat 18:00-da isə Amerikanın xidmət sektoru ilə bağlı önəmli fundamental göstəricilər açıqlanacaqdır. 


Brent nefti 63$-a kimi dəyər qazana bilər. 

Beynəlxalq enerjir birjalarında Avropanın Brent neftinin qiymətində 61$-a kimi müşahidə edilən bahalaşma, Amerikadan saat 19:00-da dərc ediləcək neft ehtiyatı ilə bağlı önəmli göstəricilər fonunda 63$-a kimi daha da güclənə bilər.