Brent nefti 62$-a kimi bahalaşıb

07 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında son həftələr ərzində neft qiymətlərinin ucuzlaşmasına səbəb olan amillərin qismən azalması, nefti bahalaşdırıb.

Brent nefti 62$-a kimi bahalaşıb

Beynəlxalq enerji birjalarında neft qiymətlərində bahalaşma müşahidə edilir. Avropanın Brent neftinin bir barel qiyməti Amerika sessiyasında 62.40$-a kimi dəyər qazanıb. 


Bazarlarda bahalaşma dünyada ticarət böhranının həll olunacağına dair ümidlərin qismən artması ilə əlaqələndirilir. Sonuncu dəfə xarici mediayada ABŞ ilə Meksika arasında miqrasiya böhranı tam həll olunmasa da gömrük rüsumlarının artırılması planlanın ərtələnməsi ilə bağlı məlumatlar yayılmışdı. Bu, danışıqların müsbət istiqamətində davam edə biləcəyinə işarədir. 


Qeyd etmək lazımdır ki, neft qiymətləri aprel ayında maksimum səviyyələrinə çatdıqdan sonra keçmiş həftələr ərzində 20% dəyər itiriblər. Buna səbəb dünya iqtisadiyyatında risklərin artması fonunda neftə olan tələbin dayanıqlığına dair narahatlıqların artmasıdır. ABŞ ilə Meksika və Çin arasında ticarət böhranın dərinləşməsi ehtimalları ən vacib xəbər başlıqlarıdır.