Brent nefti 68$-a kimi bahalaşdı

13 Mart 2019

Beynəlxalq enerji birjalarında Amerikadan açıqlanan neft ehtiyatları ilə bağlı fundamental göstəricilər Brent neftinin 67.48$-a kimi bahalaşmasına səbəb olub.

Brent nefti 68$-a kimi bahalaşdı

Enerrji birjalarında neft qiymətlərində bahalaşma yenidən sürətlənib. 


Amerikanın neft ehtiyatları ilə bağlı fundamental göstəricilərin açıqlanmasından sonra Avropanın Brent nefti 67.48$-a kimi bahalaşıb. Hökümətin verdiyi rəsmi məlumatlara əsasən, neft ehtiyatları keçən həftə ərzində həftəlik müqayisədə 3.9 milyon barel azalıb. Bu isə neft bazarında tələbin artmasına işarədir. 


Təhlillərə əsasən, Brent neftinin bir barel qiyməti çərşənbə axşamının dəstək səviyyəsi - 66.32$-ın üzərində qaldıqca, 67.69$-a kimi də dəyər qazana bilər. 


Fyuçerslərin qiymətləri sonuncu səviyyənin üzərində qalarsa, 68.24 və 72.71$-a kimi də dəyər qazana bilər.