Brent nefti 68$-a kimi bahalaşıb

27 Mart 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərində bahalaşmanın səbəbləri və proqnozları treyderlərin diqqət mərkəzində.

Brent nefti 68$-a kimi bahalaşıb

Dünya enerji birjalarında təklifin azalması fonunda neft qiymətləri bahalaşmaqda davam edir. Belə ki, Avropanın Brent markalı neftinin qiyməti 68$-a kimi 1$ dəyər qazanıb və üzərində təklif edilməkdədir. 


Çərşənbə axşamı isə Rusiyanın enerji naziri Aleksandr Novak ölkəsinin vəd edilən hasilat səviyyəsinə kimi azalmaya ayın sonuna kimə nail olacaqlarını bildirib. 


Bununla yanaşı, neft qiymətləri Venesuellada davam edən elektrik kəsilməsi böhranı fonunda da dəstək görməkdədir. Paytaxt Karakasda və 14 ştatda insanlar bazar ertəsindən etibarən elektriksiz qalıblar və neft limanları da bundan təsirlənməkdədir. 


Qeyd etmək lazımdır ki, Rusiya neft qiymətlərinə dəstək olmaq üçün istehsalın azaldılması məqsədilə yaradılan "OPEC+" razılaşmasına üzvdür. 


Təhlillərə əsasən, Brent neftinin bir barel üzrə qiyməti 68.67$-ı da yuxarı istiqamətdə qırarsa, bahalaşma uzun müddətli perspektivdə 72.71$-a kimi davam edə bilər.