Brent nefti 74$-a kimi bahalaşdı

22 Aprel 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərinin bahalaşması treyderlərin diqqət mərkəzindədir və 76$-a kimi də dəyər qazana bilər.

Brent nefti 74$-a kimi bahalaşdı

Avropanın Brent neftinin qiyməti yeni həftəyə güclü bahalaşma ilə ticarət edilməyə başlanılıb. Belə ki, Brent neftinin qiyməti cümə günü son sessiyada 71.93$ ilə ticarət edilibsə, bazar ertəsi Asiya sessiyasında 74.28$-da ticarət edilib. 


Enerji birjalarında neft qiymətlərinin bahalaşması üçün əsas səbəblər çoxdur. Liviya və Venesuellada siyasi risklərin artması neft hasilatının azalmasına təsir etməklə yanaşı, ABŞ ilə "OPEC" üvzü İran arasında gərginliklər də artmaqdadır. Beləliklə, "OPEC" tərəfindən daraldılan hasilat daha da azalmaqdadır. Bu isə dünyada tələbin artdığı bir vaxtda neft qiymətlərinin daha da bahalaşmasına təsir etməkdədir. 


Bununla yanaşı, bazar günü Sudan ilə bağlı yayılan xəbərlər də neftə olan tələbin artmasına təsir edir. Sudanın cənubunda neft yataqları var və Çinin neftə olan tələbatının 8%-ini sözügedən ölkə təmin edir. 


Təhlillərə əsasən, Brent neftinin bir barel üzrə qiyməti 74.28$-ın üzərində möhkəmlənərsə, 75.95$-a kimi də dəyər qazana bilər.