Brent nefti bahalaşaraq 62.30$-ı qırdı

30 Yanvar 2019

Dünya bazarlarında Avropanın Brent neftinin qiymətində son iki gündür müşahidə edilən bahalaşma, önəmli müqavimət səviyyəsinin qırılmasına səbəb olub.

Brent nefti bahalaşaraq 62.30$-ı qırdı

Enerji bazarlarında Avropanın Brent markalı neftinin qiyməti son iki gündür davam etdirdiyi artım dalğası, bu gün 62.30$-ın qırılması ilə nəticələndi. Bu, keçən həftənin önəmli müqavimət səviyyələrindən biridir. 


Amerika sessiyasında bahalaşmanı sürətləndirən amil, ABŞ-ın neft ehtiyatlarında həftəlik dəyişikliyin 0.9 milyon barel artması xəbəri olub. Bu 3.1 milyon barellik artım gözləntilərindən və keçən həftənin 8.0 milyon barel artımından çox azdır. Beləliklə, açıqlanan göstərici dünya enerji bazarlarında neftə olan tələbin artmasına işarədir. 


Qiymət bazar ertəsi ucuzlaşsa da keçən həftənin dəstək səviyyəsini qıra bilməməsi və yenidən bahalaşmağa başlaması, texniki analiz baxımından da güclü əsasdir. 


Təhlillərə əsasən, Avropanın Brent markalı neftinin bir barel qiymətində müşahidə edilən cari bahalaşma, 62.30$-ın üzərində möhkəmlənməsi ilə nəticələnərsə, 63.12 və 64.46$-a kimi də dəyər qazanması proqnozlarını gücləndirəcəkdir.