Brent nefti bahalaşaraq, 75$-ın üzərində təklif edilir

25 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında neft qiymətlərinin bahalaşması və növbəti hədəflər üzrə proqnozlar "Buğaların" diqqət mərkəzindədir.

Brent nefti bahalaşaraq, 75$-ın üzərində təklif edilir

Dünya enerji bazarlarında neft qiymətləri bahalaşmaqda davam edir və Avropanın Brent neftinin 76 və 78$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. 


Enerji birjalarında neft qiymətlərinin bahalaşması üçün əsas səbəblər çoxdur. Liviya və Venesuellada siyasi risklərin artması, neft hasilatının azalmasına təsir etməklə yanaşı, ABŞ ilə "OPEC" üvzü İran arasında gərginliklər də artmaqdadır. Beləliklə, "OPEC" tərəfindən daraldılan hasilat daha da azalmaqdadır. Bu isə dünyada tələbin artdığı bir vaxtda neft qiymətlərinin daha da bahalaşmasına təsir edir.