Brent neftində 3.5%-lik bahalaşma

08 Dekabr 2017

Çinin daxili bazarında neftə olan tələbin artmasına dair xəbərlər, enerji bazarlarında aktivliyin artmasına səbəb olub.

Brent neftində 3.5%-lik bahalaşma

Enerji bazarlarında neft qiymətləri Çindən açıqlanan xarici ticarət dövriyyəsi ilə bağlı məlumatlardan sonra bahalaşmağa başlayıb.

Çinin idxalı ilə bağlı statistik məlumatların enerji bazarlarında Avropanın Brent markal neftinin bir barel qiymətinin 63.20$-a kimi bahalaşmasına səbəb olub. Belə ki, Çinin statistika mərkəzinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, noyabr ayında ölkəyə gətirilən məhsulların dəyəri 17.7%, ixracı isə 12.3% artıb. Xarici ticarət saldosu isə 38.2 milyard dollardan 40.2 milyard dollara yüksəlib. Analitiklər idxalda artım dinamikasının 17.2%-dən 11.3%-ə, ixrac dinamikasının isə 6.9%-dən 5.0%-ə kimi zəifləməsini proqnozlaşdırırdılar. 

Bununla yanaşı, Çin noyabr ayı ərzində idxalı zamanı günlük olaraq 9 milyon barel xam neft ölkəyə gətirib. Bu, ikinci ən yüksək aylıq göstərici hesab edilir və beləliklə, Çin cari il ərzində ABŞ-ı ən çox neft idxal edən ölkə kimi geridə qoya bilər. 

Enerji bazarlarında Avropanən Brent nefti məlumatların yayımlanmasından sonra 61.00$-dan 63.15$-a kimi 3.5% dəyər qazanıb. Mütəxəssislərin fikrincə, qiymətlər 63.60$-a kimi də dəyər qazanarsa, bu, artım dalğasının 66.35 və 68.21$-a kimi də sürətlənməsinə səbəb ola bilər.