Brent neftində artım dalğası bərpa olunub

05 Fevral 2019

Beynəlxalq enerji bazarlarında Avropanın Brent neftinin qiyməti 61$-da güclü dəstək alaraq, yenidən bahalaşmağa başlayıb və 63$ önəmli hədəfdir.

Brent neftində artım dalğası bərpa olunub

Enerji bazarlarında Avropanın Brent markalı neftinin qiyməti bazar ertəsi, 63$-da güclü müqavimətlə rastlaşandan sonra 61$-a kimi ucuzlaşsa da sonuncu səviyyələrdə yenidən dəstək alaraq bahalaşmağa başlayıb. Asiya sessiyasında qısa müddətli müqavimətlə rastlaşan bir barel üzrə qiymət, Avropa sessiyasında artım dalğasına davam etməyə başlayıb. 


Keçən həftə ABŞ-ın neft ehtiyatları ilə bağlı fundamental göstəricilərin açıqlanmasından və dolların ucuzlaşması fonunda enerji bazarlarında neft qiymətlərinin bahalaşması müşahidə edilib. 


Təhlillərə əsasən, Brent neftinin bir barel üzrə qiymətinin cari artım dalğası 62.70$-ın üzərində qaldıqca, 63.15 və 63.61$-a kimi də davam edə bilər.