Brent neftində bahalaşma 64$-a kimi davam edə bilər

12 Fevral 2019

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiymətində bahalaşma müşahidə edilməkdədir və qiymət 63.50$-a kimi davam edə bilər.

Brent neftində bahalaşma 64$-a kimi davam edə bilər

Avropanın Brent markalı (OILUK) neftinin qiymətlərində dünən müəyyən qədər eniş müşahidə olunsa da günü 62.06 qiymətində bağladı.


Son bir neçə saatdır ki, Brent neftində bahalaşma qeydə alınır. Bu artım fonunda bir barel üzrə qiymət 62.90 səviyyəsinin üzərində möhkəmlənə bilərsə, 63.50 qiymətinə qədər bahalaşma ehtimal edilir.


Aşağı hərəkəti təsdiqləmək və davam etməsi üçün qiymətlər 61.70 hədəfinin aşağısında qalmalıdır.