Brent neftində bahalaşma proqnozları

22 Fevral 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərində bahalaşma treyderlərin diqqət mərkəzindədir və 68$-a kimi dəyər qazana bilər.

Brent neftində bahalaşma proqnozları

Maliyyə bazarlarında neft həftə ərzində bahalaşma ilə müşahidə edilib. ABŞ və Çin arasındakı soyuq iqtisadi münasibətlər fonunda bahalaşmaqda olan neft üçün 67.50$ səviyyəsi önəmli hesab edilir.  

 

Dünən ABŞ-dan açıqlanan neft ehtiyatlarındaki göstəricilər də qiymətə müəyyən qədər təsir etmişdir. Belə ki, keçən həftə 3.633 milyon barel artımla açıqlanan göstəricinin bu həftə 3.100 milyon barel azalma ilə  açıqlanması gözlənildiyi halda açıqlama 3.672 milyon barel artımla dərc olunmuşdur.

 

Enerji birjalarında hal-hazırda 67$ həddində ticarət olunan neft 67.50 səviyyəsini keçə biləcəyi təqdirdə 68.40$-da yeni maksimumlarını yarada bilər.

 

Əks halda, qiymətin yenidən  66.50 və 65.80 səviyyələrini yoxlaması proqnoz olunur.