Brent neftində bahalaşma yenidən güclənə bilər

06 Dekabr 2017

Bu gün Bakı vaxtı ilə saat 19:30-da ABŞ-da neft qiymətlərinə təsir edə biləcək göstəricilər açıqlanacaq.

Brent neftində bahalaşma yenidən güclənə bilər

Dünya valyuta birjalarında avro 1.19$ və funt sterlinq 1.35$-ın altında ticarət edilməkdə davam edir. Türkiyə maliyyə bazarlarında isə lirə 3.84TL-ə kimi bahalaşıb.

Ümumuilikdə, beynəlxalq valyuta birjalarında cümə günü ABŞ-dan əmək bazarı ilə bağlı açıqlanacaq önəmli məlumatların daha çox diqqət mərkəzində saxlanıldığı üçün zəif hərəkətlilik müşahidə edilir. Lakin ayda bir dəfə dərc edilən əmək bazarı ilə bağlı statistik məlumatlardan sonra dünya valyuta birjalarında dalğalanmalar daha da güclənir.

Enerji bazarlarında isə Avropanın Brent neftinin qiyməti 63$-a ticarət edilməkdədir və mütəxəssislər qiymətlərin əlavə olaraq 6%-a kimi də bahalaşa biləcəyini proqnozlaşdırırlar. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:30-da ABŞ-da yayımlanacaq neft ehtiyatları ilə bağlı önəmli statistik məlumatlar da investorlar tərəfindən böyük maraqla gözlənilir.