Brent neftində korreksiya

04 Oktyabr 2019

Qiymətin texniki olaraq yenidən 60 dollara yaxın bir həddə kimi korrektiv bahalaşması ehtimalları yaranıb.

Brent neftində korreksiya

Fundamental olaraq son günlərdə S. Ərəbistanı və "OPEC" ölkələrinin gündəlik hasilat həcmlərini artırması ilə qiymətlər təqribən 70 dollar yaxınlarından 57 dollar səviyyələrinə qədər eniş edib. 

Texniki təhlillər göstərir ki,  bu kimi hallarda qiymətin texniki olaraq yenidən 60 dollar qiymətinə yaxın bir həddə korrektiv bahalaşma ehtimalları var. 

Digər tərəfdən qiymətin 56.5 dollar səviyyəsini aşağı yöndə kəsib keçəcəyi halda, eniş tendensiyasının davam edəcəyi də istisna edilmir