Brent neftində ucuzlaşma davam edir

08 Fevral 2019

Beynəlxalq enerji bazarlarında Avropanın Brent markalı neftinin qiymətində müşahidə edilən ucuzlaşma 58.78$-a kimi davam edə bilər.

Brent neftində ucuzlaşma davam edir

Dünya maliyyə bazarlarında Brend markalı neftin (OIL/UK) qiymətlərində enişlər davam etməkdədir.


Dünən ticarət sessiyalarının sonunda günü 61.60 qiymətində başa vuran OIL/UK ticarət aktivinin hazırda birjada 61.21 qiymətlərində ticarəti aparılır.


Qiymətlər 60.50 həddinin altında möhkəmlənməyi bacararsa, 59.45 və 58.78 qiymətlərini test edə bilər.