Brent neftində ucuzlaşma

25 Yanvar 2019

Avropanın Brent markalı neftinin qiyməti 61.90$ səviyyəsində müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Eniş dalğası daha da dərinləşə bilər.

Brent neftində ucuzlaşma

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti son iki gündür bahalaşaraq, 62.30$ səviyyəsini qırmağa çalışsa da bu gün 61.90$ səviyyəsində müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. 


Təhlillərə əsasən, hal-hazırda artıq 60.85$-a ticarət edilən, Brent neftinin qiyməti 60.00$-ı da aşağı istiqamətdə qırarsa, eniş dalğasının 58.96$-a kimi də davam edə biləcəyi proqnozlaşdırılır.Bu baş vermədiyi təqdirdə, qiymətin 62.30$-ı yuxarı istiqamətdə qıra biləcəyi ehtimalları da güclü olaraq qalır.