Brent neftində ucuzlaşma sürətlənib

06 Fevral 2019

Dünya enerji bazarlarında neft qiymətlərinin ucuzlaşması Avropa sessiyasında daha da sürətlənib və 60$-a kimi dəyər itirə biləcəyi proqnozlaşdırılır.

Brent neftində ucuzlaşma sürətlənib

Enerji bazarlarında neft qiymətləri ucuzlaşmaqda davam etməkdədir. Avropanın Brent markalı neftinin bir barel qiyməti çərşənbə axşamı 62.99$-da güclü müqavimətlə rastlaşmış və dəyər itirməyə başlamış. Bu gün isə Brent neftinin cari həftənin önəmli dəstək səviyyəsini qırdığının şahidi oluruq. 


Təhlillərə əsasən, Avropanın Brent markalı neftinin bir barel qiyməti 63$-ın altında qaldıqca, 60.63 və 60.00$-a kimi də dəyər itirə bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.


Qeyd etmək lazımdır ki, Amerikanın neft ehtiyatlarında artım, bazarda neftə tələbin azalmasına işarədir və neft qiymətlərinin ucuzlaşmasına səbəb olur.