Brent neftində yenidən bahalaşma ehtimalları

09 May 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərində müşahidə edilən bahalaşmanın 76$-a kimi davam edə biləcəyi də proqnozlaşdırılır.

Brent neftində yenidən bahalaşma ehtimalları

Maliyyə Bazarlarında dünən açıqlanan Neft ehtiyatında dəyişiklik (həftəlik) ilə bağlı göstəricinin -3.963 M barel azalmayla dərc olunması  Avropanın Brent markalı neftinin qiymətinin yenidən  70.20 $ - 70.40 $ səviyyələrinə kimi bahalaşmasına səbəb oldu.


Hazırda 70.30$  həddində ticarət olunan  OİLUK maliyyə alətinin qiymətinin 72.57 müqavimət həddini görəcəyi  halda növbəti hədəflər 73.66 və 75.53 səviyyələri hesab edilir.

 

Əks halda 69.61 dəstək həddinin aşağı istiqamətdə qırılması 67.74 və 66.65 səviyyələrinin  növbəti hədəf olma ehtimallarını artırır.