Brent neftinin 65$-a kimi bahalaşma proqnozları

31 Yanvar 2019

Beynəlxalq enerji bazarlarında Avropanın Brent neftinin qiyməti 62$-a kimi bahalaşdıqdan sonra korreskiyaya başlayıb və yenidən bahalaşa bilər.

Brent neftinin 65$-a kimi bahalaşma proqnozları

Enerji bazarlarında Avropanın Brent markalı neftinin qiyməti son iki gündür davam etdirdiyi artım dalğası, 62.30$-ın qırılması ilə nəticələndi. Bu, keçən həftənin önəmli müqavimət səviyyələrindən biridir. Bundan sonra Avropa sessiyasında korreksiyanın şahidi oluruq. 


Amerika sessiyasında bahalaşmanı sürətləndirən amil, ABŞ-ın neft ehtiyatlarında həftəlik dəyişikliyin 0.9 milyon barel artması xəbəri olub. Bu 3.1 milyon barellik artım gözləntilərindən və keçən həftənin 8.0 milyon barel artımından çox azdır. Beləliklə, açıqlanan göstərici dünya enerji bazarlarında neftə olan tələbin artmasına işarədir. Qiymətin bazar ertəsi ucuzlaşsa da keçən həftənin dəstək səviyyəsini qıra bilməməsi və yenidən bahalaşmağa başlaması, texniki analiz baxımından da güclü əsasdir. 


Təhlillərə əsasən, Avropanın Brent markalı neftinin bir barel qiymətində müşahidə edilən korreskiya, 61.02 və 60.67$-a kimi dərinləşə bilər. Artım dalğasının sürətlənməsi üçün isə qiymətin 62.30$-ın üzərində möhkəmlənməsi lazımdır. Bu, Brent neftinin yenidən bahalaşaraq, cari həftənin maksimum səviyyəsini - 62.64$-ı qırması demekdir. Bundan sonra bir barel üzrə qiymət 63.12 və 64.46$-a kimi də dəyər qazanması proqnozlarını gücləndirəcəkdir.