Brent neftinin 73$-a kimi bahalaşma proqnozları

12 Mart 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərinin bahalaşaraq, ilin maksimumlarını yeniləmək üzrə olması, gələcək proqnozları aktuallaşdırır.

Brent neftinin 73$-a kimi bahalaşma proqnozları

Brent neftinin qiyməti dəyər qazanmaqda davam edir. Enerji birjalarında hal-hazırda 67$-ın üzərində ticarət edilən Avropanın Brent markalı neftinin bir barel qiyməti, cari ilin maksimum səviyyəsini qırarsa, 68$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. Daha uzun müddətli perspektivdə isə bir barel üzrə fyuçersin qiymətləri 68$-ın üzərində möhkəmlənərsə, 73$-a kimi də bahalaşacağı proqnozları paylaşılmaqdadır. 


Neft bazarlarında neftə olan tələbin artması və "OPEC+" ölkələrinin neft hasilatını azaltması xəbərləri, neftin bahalaşmasına təsir edən fundamental amillərdir. 


Təhlillərə əsasən, Brent nefti 67.69$-ı yuxarı istiqamətdə qırarsa, 68.39$-a kimi də bahalaşa bilər. Sonuncu səviyyənin üzərində möhkəmlənən qiymətin isə 72.71$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.