Brent neftinin qiymətində ucuzlaşma

28 Yanvar 2019

Enerji bazarlarında Avropanın Brent markalı neftinin qiyməti ucuzlaşmağa başlayıb.

Brent neftinin qiymətində ucuzlaşma

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən sürətli eniş dalğası fonunda korreksiya, neft qiymətlərinin də ucuzlaşmasına təsir edir. Belə ki, keçən həftə ərzində 61.00$ ətrafında dalğalanan Avropanın Brent markalı neftinin bir barel qiyməti, bazar ertəsi Avropa sessiyasında 60.40$-a kimi 2.3% ucuzlaşıb. 


Təhlillərə əsasən, Brent markal neftin qiyməti 60.00$-ı da aşağı istiqamətdə qıraraq, altında qalarsa, 58.90$-a kimi dəyər itirə bilər. Lakin "Ayı mövqeyi"-ndə olan treyderlər satış əməliyyatları zamanı ehtiyatlı olmalıdırlar, çünki qiymətin 60.00$-ın güclü dəstək səviyyəsi sayıldığı üçün altına qalmasını gözləmək önəmlidir.