Brent üzrə bahalaşma proqnozları özünü doğrultmaqda

16 May 2019

Beynəlxalq maliyyə bazarlarında neft qiymətlərinin bahalaşması davam edir və 76$ üzrə proqnozlar da artmaqdadır.

Brent üzrə bahalaşma proqnozları özünü doğrultmaqda

Maliyyə Bazarlarında dünən ABŞ-dan açıqlanan Neft ehtiyatında dəyişiklik ilə bağlı dərc olunan göstəricilərin 5,431M  artımla açıqlanmasına baxmayaraq Avropanın Brent markalı neftinin qiyməti  72$ həddinə kimi bahalaşdı. Buna səbəb Amerika və Çin arasındakı iqtisadi müharibənin daha da genişlənməsi və eyni zamanda Venesuellada baş verən siyasi qeyri- müəyyənlikdir.


Proqnoz: OİLUK maliyyə alətinin qiymətinin 72.57 həddlərindən yuxarıda ticarət olunması  halında növbəti hədəflər 73.66 və 75.53 səviyyələri hesab edilir.


Alternativ proqnoz: Əks halda 71.98 dəstək həddinin aşağı istiqamətdə qırılması 69.74 və 68.65 səviyyələrinin  növbəti hədəf olma ehtimallarını artırır.