Brentin qiyməti fevralın maksimumunda

13 Fevral 2019

Beynəlxalq enerji bazarlarında neft qiymətlərinin fevral ayının maksimum səviyyələrində ticarət olunması, eniş ehtimallarının artmasına işarədir.

Brentin qiyməti fevralın maksimumunda

Avropanın Brent markalı neftin qiyməti iki günlük artım nəticəsində cari ayın maksimumlarına yaxınlaşıb. 


Qiymətin həm 63$ üzərində olması, həm də Bakı vaxtı ilə 19:30-da açıqlanacaq Amerikanın neft ehtiyatlarının artacağı gözləntiləri, satış maraqlarının artmasına səbəb ola bilər. 


63.61$ həddi yuxarı keçilmədiyi müddətdə, 62.76 və 62.18$ qiymətlərinədək ucuzlaşmanın baş vermə ehtimalı qüvvədə qalacaq.


Image title