“BREXIT”: Avro və Funt: Bahalaşma dayandı

19 Sentyabr 2018

İngiltərə hökümətinin Avropa Birliyindən tələblərinin yenidən gündəmə gəlməsi, beynəlxalq valyuta birjalarında qeyri-müəyyənliyin artmasına səbəb olur.

“BREXIT”: Avro və Funt: Bahalaşma dayandı

Beynəlxalq valyuta birjalarında İngiltərə ilə Avropa Birliyi arasında “BREXIT” razılaşması fonunda danışıqların çətin keçməsi investorlarda da qeyri-müəyyənliyin artmasına səbəb olur. Bununla yanaşı, EUR/USD məzənnəsi də sentyabr ayı ərzində 2%-ə kimi bahalaşsa da, 1.17$-ın üzərində möhkəmlənə bilmir. GBP/USD qiyməti isə 1.32$-da güclü müqavimətlə rastlaşır.


Bu gün Bakı vaxtı ilə saat 12:30 və 16:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin inflyasiya və ABŞ-ın tikinti sektoru ilə bağlı onəmli fundamental məlumatların da güclü dalğalanmaya səbəb ola biləcəyi gözlənilir.


Foreks: Dollarda növbəti trend. 

Qeyd etmək lazımdır ki, son vaxtlar ABŞ-ın üçüncü rüb üzrə iqtisadi göstəricilərinin zəif açıqlanması, dolların avqust ayının minimum səviyyələrinə kimi ucuzlaşmasına səbəb olmuşdur. Hal-hazırda sözügedən səviyyələrdə ticarət edilən dolların qiyməti, bu gün göstəricilərin mənfi və ya müsbət açıqlanmasından asılı olaraq, daha da ucuzlaşa və ya yenidən bahalaşmağa başlaya bilər.