“BREXIT”, Avro və Funt

11 Sentyabr 2018

Dünya birjalarında İngiltərənin Avropadan ayrılması danışqlarının növbəti mərhələsi ilə bağlı müsbət xəbərlərin yayılması, avro və funtu bahalaşdırıb.

“BREXIT”, Avro və Funt

Bazar ertəsi Avropanın “BREXIT” üzrə sözçüsü Mişel Barnierin konfransda çıxışı zamanı gələcək iki ay ərzində İngiltərə ilə razılığın əldə edilə biləcəyini bildirməsi, dünya birjalarında avro və funt sterlinq bahalaşmasına səbəb olub. Sonuncu dəfə Barnier noyabr ayına kimi planlaşdırılan ilkin razılıq fonunda danışıqların uğursuz ola biləcəyini vurğulamışdı.


İngiltərə 2019-ci ilin mart ayında Avropa Birliyini tərk edəcək. Hər iki tərəf isə oktyabr ayının ortalarına kimi müştərək müqavilənin razılaşadırılmasını planlaşdırır. Lakin son aylardır davam edən danışıqlarda müəyyən mövzular ətrafında qərarsızlıq mövcuddur. "BREXIT"-dən sonra Şimali İrlandiya ilə AB-nin üzvü olan İrlandıya Respublikası arasında sərhəd yoxlamalarının qarşısının alınması, xüsusi müzakirə predmetidir və razılıq əldə etmək çətinləşib. İngiltərənin baş naziri Tereza Mey isə bu problemi gələcək münasibətləri özündə ehtiva edən müqavilə ilə həll etməyə çalışır. 


Beləliklə, hal-hazırda müvafiq olaraq 1.16 və 1.30$-ın üzərində ticarət olunan EUR/USD və GBP/USD məzənnələrinin sözügedən səviyyələrin üzərində möhkəmlənmələri şərtilə, 1%-ə kimi də bahalaşa biləcəkləri proqnozlaşdırılır.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərənin əmək bazarı və saat 13:00-da Avropanın iqtisadi gözləntilərini ölçən indeks ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.