“BREXIT”: Avro və Funtda ucuzlaşma

10 İyul 2018

İngiltərə hökümətində "BREXIT" fonunda fikir ayrılıqları, dövlət nümayəndələrinin istefaları və prosesin Avropa ilə danışıqlara təsiri diqqət mərkəzində.

“BREXIT”: Avro və Funtda ucuzlaşma

Dünya valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən məzənnələrində ucuzlaşma müşahidə edilir. Belə ki, Avropa ilə İngiltərə arasında “BREXIT” mövzusunda gözləntilər və risklər EUR/USD və GBP/USD məzənnələrinə mənfi təsir edir.


EUR/USD məzənnəsi 1.18$-a kimi bahalaşdıqdan sonra 1.17$-a kimi ucuzlaşıb və 1.1726$-ı da aşağı istiqamətdə qırarsa, 1.1616$-a kimi ucuzlaşa bilər. GBP/USD məzənnəsi də bazar ertəsi 1.32$-a kimi 1.3% ucuzlaşıb və 1.31$-a kimi ucuzlaşa bilər.


Yaponiyada isə güclü təbii fəlakət ilə bağlı xəbərlər USD/JPY məzənnəsinin 0.7%-a kimi bahalaşmasına səbəb olub. 111.08 yenə kimi bahalaşan məzənnə 111.13 yeni də yuxarı istiqamətdə qırarsa, 111.70 və 112.30 yenə kimi - son yarım ilin maksimum səviyyəsinə kimi də bahalaşa bilər. Ölkədə güclü yağış və torpaq sürüşmələri Yaponiyanın cənub-qərb regionunda çoxlu insan təlafatına səbəb olub, şəhərlər su altında, işıq və enerjisiz qalıb. Məzənnə


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30 və 13:00-da müvafiq olaraq açıqlanacaq İngiltərənin sənaye sektoru və Avrozona iqtisadiyyatı ilə bağlı gələcək gözləntiləri ölçən indeks investorların diqqət mərkəzindədir.