"BREXIT"-dən sonrakı dövrə hazırlaşmaq lazımdır

24 Aprel 2018

Avropa Birliyinin BREKSİT üzrə naziri Barnier firmaların sonrakı dövrün bütün ssenarilərinə hazırlaşmalarının önəmliyini vurğulayıb.

"BREXIT"-dən sonrakı dövrə hazırlaşmaq lazımdır

Avropa Birliyinin (AB) "BREXIT" danışıqları üzrə başçısı AB firmalarına tez bir zamanda İngiltərənin AB-dən çıxmasından sonraki dövrə hazırlaşmalı olduqlarını deyib. Bu haqda Mişel Barnier bazar ertəsi Hannover sərgisində danışıb: "Biz sizə hazırlaşmağınız üçün kifayət qədər - 21 ay vaxt veririk. Bu dövrü yaxşı dəyərləndirin, vaxt azdır". Firmalar İngiltərənin 2019-ci ilin mart ayının sonu AB-dən ayrılmasının (ing.: "BREXIT") bütün mümkün ssenarilərinə hazır olmalıdırlar: "Business as usual" olmamalıdır".


Brüssel və London mart ayında "BREXIT" prosesinin böyük hissəsini atıq razılaşdırıblar. Bura mart ayının sonu İngiltərənin AB-dən ayrılması və 2020-ci ilin sonuna kimi keçid dövrü aiddir. Bu dövr ərzində isə AB-nin daxili bazar və gömrük birliyi şərtləri qalacaqdır. "İngiltərə razılaşdırılmış dövr ərzində şərtlərdən qaça bilməz", deyə Barnier firmalara əlavə məsləhət verib. 


Bundan sonra Londonun gələcək münasibətlər üzrə təsəvvür etdiyi visionunu təqdim etməsinin növbəsidir: "İngiltərə razıdırsa, üçüncü ölkələrə qarşı modellərimiz tətbiq edilə bilər", deyə Barnier vurğulayıb. Belə ölkələr Norveç və İsveçrədir ki, onlarla xüsusi azad ticarət müqavilələri mövcuddur. Lakin nəzərə almaq lazımdır ki, belə müqavilələrə AB-nin daxili bazarına üzvlük də daxildir.


Bununla yanaşı, sədr qalan 27 ölkəni birliyə çağırıb: "AB-nin gələcəyi BREKSİT-dən daha önəmlidir". 


Qeyd etmək lazımdır ki, bazar ertəsi avro və funt sterlinqin dollara nisbətən qiymətləri 1%-ə kimi ucuzlaşmışdılar.