"BREXIT" fonunda ödəniləcək məbləğ razılaşdırıldı

29 Noyabr 2017

Çərşənbə axşamı "Dayli Teleqraf"-ın verdiyi xəbərdə Londonun Brüsselə 45-55 milyard avro ödəyəcəyinin razılaşdırıldığı yazılıb.

"BREXIT" fonunda ödəniləcək məbləğ razılaşdırıldı

İngiltərə ilə Avropa Birliyi (AB) Komissiyası ingilis mətbuatına əsasən, "BREXIT" fonunda razılaşıblar. Belə ki, "Dayli Teleqraf"-ın verdiyi xəbərdə Londonun Brüsselə 45-55 milyard avro ödəyəcəyinin razılaşdırıldığı yazılıb. 

"BREXIT" prosesində AB-Komissiyasının 60 milyard avro tələb etməsi, danışıqların əsas "düyünü" hesab edilir. AB-nin dekabr ayının 14 və 15-də baş tutacaq zirvə toplantısında isə bununla bağlı razılaşma əldə edilə bilər. Məhz bundan sonra İngiltərə ilə AB arasında gələcək ticarət əlaqələrinin müzakirələri başlayacaqdır. Lakin hələlik AB-Komissiyası xəbərə mövqeyini bildirməyib. 

Qeyd etmək lazımdır ki,  "BREXIT" danışıqları fonunda gələcək ticarət əlaqələrinin müzakirələri İngiltərə üçün daha çox prioritet hesab edilir, çünki İngiltərə iqtisadiyyatı cari qeyri-müəyyənlikdən əziyyət çəkir. Bununla yanaşı, zaman da daralır - 2019-ci ilin mart ayına prosesin bitməsi planlaşdırılır. 

Xəbərdən sonra GBP/USD məzənnəsi 1.3384$-a kimi sürətli artım dalğasına başlayıb.