"BREXIT": GBP təzyiq altında

05 Dekabr 2017

İngiltərə ilə Avropa Birliyinin təmsilçiləri arasında "BREXİT" fonunda görüş, önəmli sualların həllində uğursuz alınıb.

"BREXIT": GBP təzyiq altında

Bazar ertəsi İngiltərənin baş naziri Tereza Mey ilə Avropa Birliyinin (AB) təmsilçiləri arasında görüş "BREXİT" fonunda önəmli suallar ilə bağlı hər hansı bir nəticə əldə olunmayıb. Beləliklə, Tereza Mey ilə Avropa Birliyi Komissiyasının sədri Jon-Klaud Yunker İngiltərənin birlikdən ayrılması ("BREXIT") danışıqlarının ilkin mərhələsini bitirmək üçün əlavə müzakirələrin davam etdirilməsi qərarını veriblər. 

Hər iki tərəfin nümayəndəsi cari həftənin sonuna kimi müəyyən nəticənin əldə olunmasına inandıqlarını göstəriblər. Bundan əvvəl London noyabr ayının 24-ə sonra dekabr ayının 4-ə kimi dəqiq təkliflər verməli idi. Təkliflərin dekabr ayının 15-də AB-nin zirvə toplantısında müzakirəyə çıxarılması planlaşdırılır. Şimali İrlandiya mövzusu isə uğursuzluğun əsas səbəbi olub. 

Danışıqların ilkin mərhələsinin sonlandırılması üçün müzakirələr dekabr ayında baş tutacaq zirvə toplantısında alınmasa, onda ikinci mərhələnin başlaması və gələcək ticarət əlaqələrinin razılaşdırılması, növbəti zirvə toplantısına qalacaqdır. AB-nin növbəti zirvə toplantısı isə gələn ilin mart ayında baş tutması gözlənilir. 

Maliyyə bazarları xəbərlərə mənfi reaksiya verib. Belə ki, GBP/USD məzənnəsi Amerika sessiyasından 1.3370$-a kimi 1.2% ucuzlaşıb. Mütəxəssislər qiymətin daha da ucuzlaşa biləcəyini proqnozlaşdırırlar. 

Qeyd etmək lazımdır ki, Tereza Mey ilə höküməti sonuncu dəfə Şimali İrlandiya ilə İrlandiya arasında "sərt sərhəd"-in olmayacağını istəmişdilər. Lakin AB və xüsusilə də, Dublin dəqiq qərarın olmasını istəyirlər, çünki sərhədlər arasında iqtisadiyyat bir-birilə sıx əlaqələndirilib və insanlar evə, məktəbə və işə gedib gəlirlər. "BREXIT"-dən sonra isə bu "azadlıq" təhlükə altında ola bilər. Məhz bunda sonra Şimali İrlandiyanın "BREXIT"-ə baxmayaraq, AB-də qalması təklifini "DUP" partiyası gözlənilmədən qəbul etməyib: "Şimali İrlandiya ölkənin verdiyi qərarlar qarşısında xüsusi status istəyə bilməz". "DUP" isə Meyin parlamentdə əsas siyasi dayağıdır. Danışıqları daha da mürəkkəbləşdirən isə artıq Şotlandiya, Uels və London da xüsusi status istəmələri olub.