"BREXIT": İlkin mərhələ uğursuz oldu

12 Oktyabr 2017

AB ilə İngiltərə arasında birlikdən ayrılmaq danışıqların uğursuzluğu ilə bağlı məlumatlardam sonra dünya birjalarında funtun qiyməti ucuzlaşmağa başlayıb.

"BREXIT": İlkin mərhələ uğursuz oldu

İngiltərənin Avropa Birliyindən (ing.: "BREXIT") ayrılması danışıqlarının ilkin hədəfi uğursuz olub. Belə ki, AB nümayəndəsi Mişel Barnierin cümə axşamı verdiyi açıqlamaya əsasən, danışıqların ən önəmli mərhələsinin öhdəsindən gəlmək üçün ciddi inkişaf yoxdur. AB maneələrin dekabr ayına kimi həll edilməsini ümid edir.

Qeyd etmək lazımdır ki, İngiltərə 2019 mart ayının sonuna kimi AB-dən çıxmağı planlaşdırır. AB isə oktyabr ayının ortalarına kimi İngiltərə höküməti ilə önəmli mövzularda razılaşmaq isəyirdi ki, gələcək münasibətlər fonunda danışıqlara da start verilsin. Lakin bu belə olmadı. Əsas maneə kimi AB-nin "BREXIT" nəticəsində maliyyə tələbləri göstərilir. Qeyri-rəsmi məlumatlarda 100 milyard avro göstərilir.

Görüşün nəticələri ilə bağlı açıqlamadan sonra dünya birjalarında funtun qiyməti sürətli eniş dalğasına başlayıb.