"BREXIT" riski: "BoE" faizlərində dəyişiklik etmədi

13 Sentyabr 2018

İngiltərə Bankının pul siyasətini müəyyən edən komitə üzvlərinin 9 üzvünün 9-u da faizin cari səviyyədə saxlanılmasını dəstəkləyib.

"BREXIT" riski: "BoE" faizlərində dəyişiklik etmədi

İngiltərə Mərkəzi Bankı (ing.: "BoE") monetar siyasətini gözlənildiyi kimi dəyişməyib. Bu il avqust ayında ilk faiz artımı ilə yumşaq monetar siyasətindən bir addım da uzaqlaşan bank, cümə axşamı uçot faiz dərəcəsini 0.75% səviyyəsində saxlamağı qərarını alıb. İstiqraz alışı proqramının aylıq həcmi də 435 milyard funt sterlinq səviyyəsində saxlanılıb. Qərar idarə heyətinin 9-u tərəfindən dəstəklənib. Bank 2017-ci ilin noyabr ayında on ildən sonra ilk dəfə faiz artımına getməyi qərara almışdır. 

"BoE" gələcək illərdə də məhdud və mərhələli faiz artımı siyasətinə davam etməyi planlaşdırır. Maliyyə bazarlarında isə növbəti faiz artımı gələn ilin may ayında gözlənilir. Bank açıqlamasında iqtisadiyyatın gözləntilərin üzərində inkişaf etdiyini bildirib. Bu səbəbdən üçüncü rüb üzrə inkişaf gözləntilərini 0.4%-dən 0.5%-ə yüksəldib. İstehlak səviyyəsi də gözləniləndən daha çox artıb. 


Bununla yanaşı, bank iqtisadiyyatın inkişafına dair risklərin də olduğunu göstərir. Beynəlxalq ticarət dövriyyəsində ticarət münasibətlərinin pozulması diqqət mərkəzindədir. Ən yüksək risk isə "BREXIT" olaraq qalır. Sonuncu faiz artımından sonra buradaki risk daha da artmışdır. 


Qeyd etmək lazımdır ki, "BoE" noyabr ayında uçot faiz dərəcəsini 0.25%-dən 0.50%-ə kimi artırmışdır. Bu qərar 2016-ci ildə İngiltərənin AB-dən ayrılması (ing.: "BREXIT") referendumundan sonra iqtisadiyyatın yenidən canlanması və sürətlə artan inflyasiyaya qarşı tədbir kimi alınmışdır. "BREXIT" referendumundan sonra artan qeyri-müəyyənlik ölkə iqtisadiyyatına mənfi, ucuz funt sterlinq isə idxal olunan məhsulların qiymətlərinin bahalaşmasına təsir etmişdir. 


Faiz qərarının açıqlanmasından sonra foreks bazarlarında GBP/USD məzənnəsi 1.3033$-a kimi ucuzlaşıb.