Bu ayın önəmli göstəricilərinin açıqlanması başlayır

13 Mart 2018

Bu gün böyük maraqla gözlənilən "ZEW" indeksi, ABŞ-dan inflyasiya açıqlanacaq və İngiltərə maliyyə nazirliyinin parlamentdə hesabatı baş tutacaqdır.

Bu ayın önəmli göstəricilərinin açıqlanması başlayır

Avro 1.23$-ın üzərində möhkəmlənib. 

Dünya birjalarında EUR/USD məzənnəsi 1.2330$-ın üzərində ticarət edilməkdədir. Avronun 1.2430$ və 1.2550$-a kimi bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00-da Avropa iqtisadiyyatı fonunda gözləntilər (“ZEW” indeksi) və saat 16:30-da ABŞ-dan inflyasiya göstəriciləri açıqlanacaqdır.


GBP 1.41$-a kimi bahalaşa bilər. 

GBP/USD məzənnəsi isə bazar ertəsi 1.3917$-a kimi 0.5% bahalaşıb. Təhlillərə əsasən, qiymət 1.3929$-ı yuxarı istiqamətdə qırarsa, bahalaşma 1.4103$-a kimi güclənə bilər.

Bu gün saat 15:30-da baş tutacaq İngiltərə hökümətinin parlament qarşısında maliyyə hesabatı da investorlar tərəfindən böyük maraqla gözlənilir və dünya birjalarında güclü dalğalanmalara səbəb olacaq.