Bu həftə ABŞ ilə Çin arasında növbəti görüş olacaq

29 Yanvar 2019

Yanvar ayının əvvəli ABŞ nümayəndə heyətinin Çinə səfər etməsindən sonra bu həftə Çin nümayəndə heyətinin Vaşinqtona səfəri gözlənilir.

Bu həftə ABŞ ilə Çin arasında növbəti görüş olacaq

ABŞ ilə Çin arasında davam edən ticarət böhranı fonunda bu həftə də danışıqların davam etdirilməsi planlaşdırılır. Ağ Evin bazar ertəsi verdiyi açıqlamara əsasən, çərşənbə və cümə axşamı Çindən rəsmi nümayəndə heyətinin Vaşinqtonda görüşləri gözlənilir. Amerikanın maliyyə naziri Stiv Mnugin verdiyi açıqlamaya əsasən, danışıqların sonunda prezident Donald Tramp ilə Çinin baş nazir müavini Liu He ilə görüşləri planlaşdırılır. 


İki tərəf aylardır ticarət münasibətləri ilə bağlı qarşılıqlı ittihamlara davam etməkdədir. ABŞ 250 milyard dollar dəyərində Çin məhsullarına qarşı xüsusi gömrük rüsumları tətbiq etməyə başlayıb. Çin tərəfi də öz növbəsində gömrük rüsumlarını artırıb. Bundan sonra ABŞ höküməti əlavə olaraq 200 milyard dollar dəyərində Çin məhsullarına qarşı gömrük rüsumlarını 10%-dən 25%-ə kimi qaldırmaq ilə bağlı təhdid edib. 


Dekabr ayının əvvəlində Tramp ilə Çinin dövlət başçısı Si Tsinpin mart ayının 1-inə kimi 90 günlük "Sülhdövrü" razılaşdırıblar. Yanvar ayının əvvəli isə ABŞ nümayəndə heyəti Çinə səfər etdi. Cari həftə isə Amerikanın paytaxtında görüşlərin ardı planlaşdırılır. Bundan öncə isə danışıqların necə davam edəcəyi qeyri-müəyyən idi.