Bu həftə Breksit təqvimi

11 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Breksit sazişi fonunda bu həfə baş tutacaq önəmli hadisələr investorların da diqqət mərkəzindədir.

Bu həftə Breksit təqvimi

İngiltərənin baş naziri Tereza Mey çərşənbə axşamı parlamentdə Brüssel ilə razılaşdırılan sazişi növbəti dəfə səs verməyə çıxaracaqdır. Yanvar ayında ilk səs vermə uğursuz olmuşdu. Bundan sonra parlament tərəfindən tələb olunan dəyişikliklərlə bağlı isə ciddi irəliləyiş olmayıb. Bu səbəbdən də bu həftə Tereza Mey üçün gözləntilər çox da yaxşı deyil. 


Bu dəfə də parlament AB ilə razılaşdırılan Breksit planına qarşı çıxarsa, çərşənbə günü sazişsiz Breksit səs verməyə qoyulacaqdır. Bu yanaşma da aşağı palata tərəfindən dəstəklənməsə, cümə axşamı Londonun Breksitin ərtələnməsi səs verməyə qoyulacaqdır. 


Danışıqların keçən həftə çətin keçməsinə baxmayaraq, səs verməyə kimi davam etdiriləcəyi ilə bağlı İngiltərə hökümət nümayəndələrindən açıqlama verilmişdir. Tereza Meyin bazar ertəsi AB komissiyasının sədri Yunker ilə görüşü də mümkün ola bilər.