08.07.2019 Bu həftə ən çox FED-in qərarı müzakirə ediləcək

08.07.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

08.07.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



ABŞ-da inflyasiyanın azalması proqnozları və EUR/USD. 

Beynəlxalq valyuta birjalarında yeni həftənin ilk sessiyasında dolların aparıcı valyutalara nisbətən məzənnələrində ucuzlaşma müşahidə edilir. Buna səbəb cari həftənin cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da Amerikadan açıqlanacaq inflyasiyaya dair önəmli fundamental göstəricilərdir. Burada hökm sürən azalma ehtimalları, FED-in faiz azaldılması ehtimallarını da artırır. 

Nəticədə EUR/USD məzənnəsi 1.12$-da dəstək görür və bu səviyyənin üzərində qaldıqca, 1.13$-a kimi bahalaşa bilər. 


Qızıl və neft qiymətlərində bahalaşma proqnozları gündəmdə. 

“OPEC+” sazişinin uzadılması xəbərindən sonra Avropanın Brent neftinin bir barel qiyməti 64$-da dəstək görməkdədir. Təhlillərə əsasən, bir barel üzrə qiymət 64$-ın üzərində qaldıqca, 67$-a kimi də dəyər qazana bilər. 

Beynəlxalq birjalarda dolların keçən həftə ərzində bahalaşması əlvan metallar birjalarında da qızılın ucuzlaşmasına səbəb olmuşdur. Lakin qızıla olan tələbin yenidən arta biləcəyi proqnozları güclənib. Bir unsiya üzrə qiymət hal-hazırda 1400$-ın üzərində ticarət edilir və 1403$-ı qırarsa, 1419$-a kimi də bahalaşa bilər.