Bu həftə gözlənilənlər

29 Oktyabr 2019

Aİ və Çin arasında may ayında səngiyən ticarət danışıqları oktyabrda yenidən başladı və ABŞ və Çin arasında sanksiyalar təxirə salınıb.

Bu həftə gözlənilənlər

Aİ və Çin arasında may ayında səngiyən ticarət danışıqları oktyabrda yenidən başladı. Eyni zamanda həm ABŞ həm də Çin razılaşmaya dair poziti mesajlar verərək gözlənilən sanksiyaları da ertələnməsini qərara aldı. Bu hadisələr birjalarda olduqca pozitiv təsir yaradaraq qlobal risk iştahını da artırdı.

Bir digər qeyri-müəyyənlik hesab edilən Brexit mövzusunda da Aİ və İngiltərənin razılaşması, sazişsiz Brexit ehtimallarını azlatmış və bu da öz növbəsində bazara müsbət dəstək vermiş oldu.

Ancaq TL bu ayın əvvəlində ABŞ ilə yaşanan sanksiya gərginliyi və Suriyadakı hərbi əməliyyatlar səbəbilə ucuzlaşaraq 4% dəyər itirdi. Son həftədə isə ABŞ və Rusiya ilə razılığa gəlinməsi, teror qruplaşmasının Türkiyə sərhəddindən çəkilməsi və hərbi əməliyyatların dayandırılması ilə lirə bahalaşmağa başladı. TCMB-nin gözləniləndən daha böyük (2.5%) faiz endiriminə getməsi belə lirənin ciddi ucuzlaşmasına təsir etmədi. 


Həftə ərzində hansı xəbərlər izlənilməlidir? 

Türkiyədə əsas diqqət mərkəzində olacaq xəbər inflyasiya hesabatıdır. Xatırladaq ki,  PPK yığıncağında TCMB, inflyasiyanın iyul inflyasiya hesabatında göstərilən səviyyədən aşağı olacağını və buna əsaslanaraq faiz dərəcələrini 14% qədər azaldtıqlarını bildirmişdi. Sentyabr ayında bir rəqəmə enməsinə baxmayaraq, ilin qalan hissəsi və orta müddətdə inflyasiyanın tək rəqəmli göstəcilərdə balanslaşdırılmasının olduqca çətin olacağı, beləliklə inflyasiyanın yenidən 12-14% -ə yüksəlməsi faiz qalxanının da təsirsiz qalmasına səbəb olacağı proqnozlaşdırılır. Bu da öz növbəsində TL aktivlərinin kövrəkliyini artıra bilər.

Türkiyədən gözlənilən daha bir iqtisadi göstərici isə emalat PMI rəqəmləridir. 2018-ci ilin martından sonra 50.0 həddinə çatan göstəricinin oktyabr ayında bu səviyyəni qoruyacağı gözlənilir.

2018-ci ilin avqustunda ABŞ ilə yaşanan sanksiya böhranından və TL aktivlərindəki rekord itkidən sonra bu aydakı siyasi gərginlik real bazarda və istehsalda ehtiyatlı bir duruma səbəb ola bilər. Buna görə də göstəricinin oktyabr ayında 50.0 səviyyəsindən çoxuzaqlaşmayacağı proqnozlaşdırılır.

ABŞ cəbhəsindən izləniləcək əsas xəbər FOMC toplantısı olacaq ki, bu ayın iclasında komitənin uçot dərəcələrini daha 0,25% azaldacağı gözlənilir. ABŞ iqtisadiyyatının artan qlobal risklərə baxmayaraq yaxşı olduğunu düşünən FED-in azalan PMI və investisiyalarla bağlı açıqlamaları çox vacibdir.

ABŞ-dan gələn məşğulluq və ÜDM rəqəmləri də bazar iştirakçılarının diqqətində olacaq. Son aydakı tətildən sonra məşğulluq rəqəmlərinin aşağı açıqlanacağı, eləcə də iqtisadi böyümə həddinin ilin ilk yarısına nisbətən daha aşağı olacağı gözlənilir.