Bullard: Faizlər aşağı salınmalıdır

21 May 2019

Beynəlxalq maliyyə bazarlarında FED üzvü Bullardın aşağı inflyasiyadan narahat olduğunu bildirməsi investorların diqqətini cəlb edib.

Bullard: Faizlər aşağı salınmalıdır

Amerika mərkəzi bankının idarə heyəti üzvü Ceyms Bullard mediaya müsahibəsində aşağı inflyasiyanın uzun müddət davam etməsinin narahat etdiyini bildirib. "Belə davam edərsə, faizləri azaltmalıyıq", deyə Bullard əlavə edib. 


"İnflyasiya 1.6% səviyyəsindədir. Bu, məni narahat edir. Düşünürəm ki, bu rəqəm aşağı inflyasiya gözləntiləri bankın diqqətini çəkməlidir".