Bundesbank: Avtomobil sektoru üçün çətin dövr başlayır

20 May 2019

Beynəlxalq maliyyə bazarlarında Almaniyanın önəmli bazarlarından hesab olunan avtomobil sektorunda böhranın dərinləşəcəyi proqnozlaşdırılır.

Bundesbank: Avtomobil sektoru üçün çətin dövr başlayır

Almaniya mərkəzi bankının bazar ertəsi yayımlanan hesabatında avtomobil sektorunun çətin dövrlərinin başladığı bildirilib.


Açıqlamada qlobal satış dövriyyəsinin yenidən 2010-2017-ci illərin maksimum səviyyəsinə çatmayacağı vurğulanıb. Qış aylarında rəqəmlər 2018-ci ilin ikinci yarısının geriləməsindən sonra artmağa başlasa da keçmiş illərin maksimum səviyyələrinə çatacağı ehtimal olunmur.


Cari il üzrə də azalmanın davam edəcəyi proqnozlaşdırılır. 


Səbəblər kimi demoqrafiq vəziyyət fonunda sənaye ölkələrində bazarların doyması göstərilir. Çin kimi inkişaf etməkdə olan ölkələrdə isə bazarın genişlənməsi imkanları olsa da ətraf mühit ilə əlaqədar tələblər yüksəlib və artıq yanacaq mühərriklərinə qarşı qadağalar da artmaqdadır. 


Elektromobillərə isə tələb arta bilər.