"Bundesbank" inkişaf proqnozlarını çox aşağı saldı

07 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında Almaniya mərkəzi bankının cari və gələcək iki il üzrə proqnozları dekabr ayı ilə müqayisədə çox aşağı salınıb.

"Bundesbank" inkişaf proqnozlarını çox aşağı saldı

Almaniya mərkəzi bankı (alm.: "Bundesbank") Almaniya iqtisadiyyatı üzrə cari il perspektivlərini dekabr ilə müqayisədə çox aşağı salıb. 


"Almaniyada yüksək inkişaf dövründən sonra iqtisadiyyat zəifləməyə başlayıb", deyə cümə günü "Bundesbank" yarım illik proqnozunda məlumat verir. İqtisadi baza tendensiya həssas olaraq qalır ki, bu da zəif ixrac fonunda sənaye ilə əlaqədardır. Bank sədri Yens Vaydmanın fikirlərinə əsasən, bugünkü gündə inkişaf və inflyasiya üçün risklər artmaqdadır.


2019-cu ildə 0.6%-lik iqtisadi artım proqnozlaşdırılır. Dekabr ayında bu, 1.6% idi. 2020 və 2021-ci illər üzrə isə bu göstəricilər müvafiq olaraq 1.2 (1.6) və 1.3%-dir (1.5% idi).


Bununla yanaşı, ixracın ilin ikinci yarısında artması ehtimal edilir. Bundan sonra sənaye istehsalı yenidən arta bilər. "Xarici bazarlarda tələb artmağa başlayanda inkişaf da yenidən geniş sferada davam edəcəkdir", deyə Vaydman əlavə edib. Şəxsi istehlak və investisiyaların da artması proqnozlaşdırılır.


Bankın inflyasiya üzrə təhlillərinə əsasən, cari il ərzində 1.4%-lik inflyasiya proqnozlaşdırılır. Dekabr ayında da sözügedən proqnoz aktual idi. 2020-ci ildə isə 1.5%-lik qiymət artımı ehtimal edilir ki, dekabr ayında bu proqnoz 1.8% idi.