BVF ticarət böhranları fonunda xəbərdarlıq edib

12 İyun 2019

Beynəlxalq valyuta fondunun cari pozulan ticarət münasibətlərin qlobal inkişafa təsir edəcəyi səviyyəsini açıqlaması investorların diqqət mərkəzində.

BVF ticarət böhranları fonunda xəbərdarlıq edib

Beynəlxalq valyuta fondunun (BVF) sədri Kristin Laqarde beynəlxalq ticarət böhranın dərinləşməsi fonunda xəbərdarlıq edib. "Ticarət münaqaşilərin azaldılması və dialoqun bərpasına çalışmalıyıq", deyə Laqarde AMB-nin çərşənbə günü baş tutan konfransında çıxışı zamanı deyib. Cari vəziyyət bütün iqtisadiyyatlar üçün problemlər yaratmaqdadır. 


BVF-nin araşdırmalarına əsasən, ticarət böhranı dünya iqtisadiyyatının inkişafına mənfi təsir edir. Tətbiq edilən və planlaşdırılan gömrük rüsumları 2020-ci ildə qlobal inkişafın 0.5% azalmasına səbəb ola bilər. 


Qeyd etmək lazımdır ki, təqribən bir il əvvəl 2018-ci ilin iyun ayının 15-də ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan məhsullara qarşı ilk gömrük rüsumları tətbiq etməyə başlamışdı. Bu hadisə dünyada iki ən böyük ölkə arasında artan ticarət böhranı üçün əsas oldu. Çin də qarşılıq verməyə başladı.