Cənubi Afrikada inflyasiya 4.4%-ə düşdü

22 May 2019

Beynəlxalq maliyyə bazarlarında gözlənilən Cənubi Afrikanın inflyasiyasına dair fundamental göstəricilər mənfi açıqlanıb.

Cənubi Afrikada inflyasiya 4.4%-ə düşdü

Cənubi Afrikada istehlak qiymətləri indeksi apreldə aylıq müqayisədə 0.6%, illik müqayisədə isə 4.4% artıb. Bu göstəricilər mart ayında müvafiq olaraq 0.8% və 4.5% olmuşdu. 


Mütəxəssislər aylıq inflyasiyanın 0.8%, illik inflyasiyanın isə 4.5% səviyyəsində qalacağını proqnozlaşdırırdılar.