Cənubi Koreya mərkəzi bankı faizini azaltdı

18 İyul 2019

Beynəlxalq maliyyə bazarlarında Koreyada müşahidə edilən iqtisadi və siyasi proseslərin dünya iqtisadiyyatına da müfaviq olaraq təsir edəcəyi gözlənilir.

Cənubi Koreya mərkəzi bankı faizini azaltdı

Cənubi Koreya mərkəzi bankı iqtisadi inkişaf proqnozlarının zəifləməsi səbəbilə siyasətini yumşaldıb. Belə ki, "BoK" cümə axşamı uçot faizini 1.75%-dən 1.50%-ə salıb. Beləliklə, son üç il ərzində ilk dəfə faiz azaldılması ilə iqtisadiyyata dəstək olunmasına çalışılır. 

Bankın idarə heyəti inkişaf sürətinin zəiflədiyini düşünür. Tikinti və kapital investisiyaları və ixrac azalıb. Koreyanın önəmli ixrac məhsulları yarımkeçiricilər, neft-kimya məhsulları, avtomobil, gəmi və qurğular, mobil telefon və televizorlardır. 

Bank bu il üçün 2%-ın altında inkişaf dinamikası proqnozlaşdırır. Aprel ayında isə bu göstərici 2.5% idi. Asiyanın dördünc ən böyük iqtisadiyyatına mənfi təsir edən amil isə ABŞ və Çin arasında beynəlxalq ticarət böhranıdır. 

Bununla yanaşı, Cənubi Koreya ilə Yaponiya arasında davam edən ticarət mübahisələri də qeyri-müəyyənliyi artırır. Yaponiya iyulun əvvəlindən etibarən yarımkeçiricilər və displey məhsulları üçün xammal ixracına nəzarəti gücləndirəcəyini bəyan etmişdi. Səbəb kimi isə qarşılıqlı güvənin qırıldığı göstərilir. Seul Tokyonu Yaponiya müstəmləkiçiliyi dövründə məcburi əməyə cəlb edilən korealıların təzminatı fonunda iqtisadi intiqamda ittiham edir.