Cənubi Koreyada iqtisadi və siyasi risklər artır

25 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında Şərqi Asiyanın üçüncü ən böyük iqtisadiyyatında risklərin artması, qlobal iqtisadiyyata da təhdiddir.

Cənubi Koreyada iqtisadi və siyasi risklər artır

Dünyanın Rusiyadan sonra 12-ci ən böyük iqtisadiyyatı, Cənubi Koreyanın iqtisadiyyatı 2019-ci ilin birinci rübündə 0.3% azalaraq, illik inkişaf səviyyəsinin 1.8%-ə kimi azalmasına səbəb olub. Beləliklə, rüblük azalma son on ildə ilk dəfə müşahidə edilməkdədir. 


İqtisadçılar ÜDM-in rüblük artım dinamikasın 1.0%-dən yalnız 0.3%, illik artım dinamikasının isə 3.1%-dən 2.5%-ə kimi azalacağını proqnozlaşdırırdılar. 


Məlumatları açıqlayan ölkənin mərkəzi bankı iqtisadi böhranı ixrac potensialının, xüsusilə elektronika sektorunda azalması ilə əlaqələndirir. Keçən həftə isə bank ölkədə cari il üzrə inkişaf səviyyəsini 2.6%-dən 2.5%-ə salmışdı. Ölkə prezindenti Mun Jae İn də iqtisadi siyasəti fonunda son zamanlar təzyiq altındadır. 


Mun höküməti minimum əmək haqqını 2018-ci ildə 16% artırandan sonra bu il 11%-ə kimi azaltmışdır. Bununla yanaşı, işsizlik səviyyəsi də son 9 ilin maksimum səviyyəsinə çatıb. 


Cənubi Koreyada siyasi və iqtisadi risklərin artması, Şərqi Asiya və beləliklə, dünya iqtisadiyyatında da risklərin artmasına səbəb olur. 


Qeyd etmək lazımdır ki, ÜDM ölkədə müvafiq dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyəridir və ölkə iqtisadiyyatının gücünü əks etdirir.