Cənubi Koreyalılar yapon məhsullarını boykot edirlər

05 Avqust 2019

Beynəlxalq maliyyə bazarlarında Cənubi Koreya ilə Yaponiya arasında artan gərginlik investorların diqqət mərkəzindədir.

Cənubi Koreyalılar yapon məhsullarını boykot edirlər

Tokyo ilə Seul arasında ticarət böhranının dərinləşməsi koreyalıların yapon məhsullarına qarşı boykotlarının getdikcə artması ilə müşayət olunur. Bununla yanaşı, həftə sonu 15 minə yaxın insan da Yaponiyanın tədbirlərinə qarşı mitinqə çıxıblar. 

Qeyd etmək lazımdır ki, Yaponiya Cənubi Koreyanı ixrac məhsulları üzrə güzəşt əldə edən ölkələr siyahısından çıxarıb.