Çin: ABŞ-dan soya və donuz əti ala bilərik

12 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika ilə Çin arasında yaxınlaşmanın daha da intensivləşməsi risk iştahını artırır.

Çin: ABŞ-dan soya və donuz əti ala bilərik

Çinin ticarət nazirliyi ABŞ-ın yaxşı niyyətli addımlarını alqışlayır. 

Çin şirkətəri də artıq Amerikanın kənd təsərrüfatı məhsullarının qiymətləri ilə maraqlanmağa başlayıblar. Amerikadan idxal oluna biləcək aqrar məhsulları arasından soya və donuz əti mümkün görünür. 

Nazirlik iki tərəfin danışıqlar üçün əlverişli şərtlər yaradacağına ümid edir.