Çin ABŞ-ın sazişə dair açıqlamalarını təsdiqlədi

15 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Çin tərəfinin verdiyi müsbət açıqlama invstorların diqqət mərkəzindədir və ticarət aktivliyini artıra bilər.

Çin ABŞ-ın sazişə dair açıqlamalarını təsdiqlədi

Pekin çərşənbə axşamı ABŞ ilə Çin arasında ticarət sazişinin "I mərhələsini" təsdiqləyib. Belə ki, xarici işlər nazirliyinin sözcüsü Qenq Şuanq ABŞ-ın ticarət sazişinə dair verdiyi açıqlamaların düzgün olduğunu bildirib.

Şenq əlavə edib ki, Çin şirkətləri cari il ərzində ABŞ-dan 20 milyon ton soya, 700 min ton donuz əti, 700 min ton sorqum darısı, 230 min ton buğda və 320 min ton pambıq alıb.