Çin ABŞ məhsullarını gömrükdən azad etdi

11 Sentyabr 2019

Çin tərəfindən ABŞ-a qarşı ticarət böhranının həlli istiqamətində atılan müsbət addım, maliyyə bazarlarında risk iştahını daha da artıra bilər.

Çin ABŞ məhsullarını gömrükdən azad etdi

Çinin dövlət xəbər agentliyi "Xinhua" ölkənin maliyyə nazirliyinin gömrük rüsumlarından azad olan Amerika mərhsullarının ilkin siyahısını açıqladığını xəbər verib. 

Açıqlanan siyahı sentyabrın 17-də qüvvəyə minəcəkdir və bir il, yəni 2020-ci ilin  sentyabrın 16-na kimi etibarlı sayılacaqdır. 

Siyahıda məlum olan məhsullara tətbiq edilən rüsumlar, Çinin ABŞ-ın ticarət tədbirlərinə qarşı tətbiq etdiyi rüsumlar deyil. Bu maddələr ərzaq məhsullarına və sürtkü yağlarına, zərdab və dəyişdirilmiş zərdab məhsullarına və xərçəng əleyhinə dərmanlara aiddir. Qarğıdalı, soya və ya donuz əti siyahıya daxil edilməyib. 

Bununla yanaşı, Xalq Respublikası ABŞ-dan idxal olunan əlavə məhsulları da siyahıya daxil edə bilər. 

Beləliklə, bu addım Çin tərəfindən ABŞ-a qarşı ticarət böhranının həlli istiqamətində müsbət qiymətləndirilir. Bu, maliyyə bazarlarında risk iştahını daha da artıra bilər.