Çin avtomobil gömrük rüsumunu azaltdı

22 May 2018

ABŞ ilə Çin arasında ticarət münasibətlərinin yumşalması, son günlər maliyyə bazarlarında da aktivliyin artmasına səbəb olub.

Çin avtomobil gömrük rüsumunu azaltdı

Çin Amerika ilə ticarət münasibətlərində əldə edilən razılıqları qarşılığında növbəti addımı ataraq, avtomobil istehsalçılarına qarşı gömrük vergisini azaltmağı planlaşdırır. Belə ki, dünyanın ikinci ən böyük iqtisadiyyatında idxal rüsumlarının 25%-dən 15%-ə salınması gözlənilir. Bununla bağlı çərşənbə axşamı "Blumberq" agentliyi məlumat verib. Verilən xəbərə əsasən, qərar dövət tərəfindən açıqlanıb. 


İdxal vergisinin azaldılması xəbərləri ABŞ ilə Çin arasında ticarət anlaşılmazlığı fonunda əldə edilə razılıqdan sonra açıqlanıb. "Tesla", "Ford" kimi ABŞ avtomobil istehsalçıları ilə yanaşı, "Daimler AG" və "Toyota" kimi Avropa və Asiya istehsalçıları da endirimlərdən faydalana biləcək. 


Qeyd etmək lazımdır ki, son zamanlar Amerika ilə Çin arasında ticarət münasibətlərinin gərginləşməsindən sonra Amerika dövlət istiqrazlarının qiymətləri sürətlə ucuzlaşaraq, valyuta birjalarında dolların da bahalaşmasına səbəb olurdu. Bazar ertəsindən etibarən isə tam əks vəziyyət müşahidə edilməkdədir.